General vətəndaşlarla görüşəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən iyunun 22-də Siyəzən şəhərində, Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

 

Nazirliyin mətbuat xidmətindən XALQ.AZ-a verilən məlumata görə, qəbulda Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

 

Qəbula gələn vətəndaşların qeydiyyatı Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 21 iyun 2018-ci il tarixində saat 09.00-da başlayacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.