General vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov yanvarın 18-də saat 11:00-da Xidmətin İsmayıllı rayon şöbəsində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərini qəbul edəcək.

Dövlət xidmətində  XALQ.AZ-a bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşlar yanvarın 15-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etməli və qeydiyyatdan keçməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.