General vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2018-ci il fevral ayının 24-də saat 10:00-da Şirvan Şəhər Polis Şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarının sakinlərini qəbul edəcək. XALQ.AZ-a Daxili İşlər Naizrliyininmətbuat xidmətindən verilən məlumata görə,vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. 

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.