General vətəndaşlarla görüşəcək

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Şəkidə vətəndaşlarla görüşəcək.

XALQ.AZ xəbər verir ki, nazir avqust ayının 25-da Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ şəhər və rayonlarının sakinlərini Şəki rayon Polis Şöbəsində qəbul edəcək. Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 

 

Orxan