Generaldan yeni təyinat

rramil
Daxili işlər orqanlarında yeni təyinat olub.
XALQ.AZ-ın xəbərinə görə, polis polkovniki Canpolad Daanov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin rəisi vəzifəsindən azad olunaraq DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin əvvəlki rəis müavini Teymur Hacıyev vəzifəsindən azad edilərək Zərdab Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.