Gizli tələbə qəbulu

58

 

Mingəçevir Politexnik İnstitutunda qeyri leqal tələbə qəbulu

 

Təhsil naziri Mikayıl Cabbarovun gəlişindən sonra təhsil sahəsində müəyyən islahatlar həyata keçirilir. Xüsusilə də saxta tələbə qəbulu və köçürmələri ilə bağlı araşdırmalara böyük önəm verilir. Qeyd edək ki, bununla bağlı bir neçə ali təhsil ocağında ciddi araşdırmalar başlayıb və məsələ hüquqi müstəvidə təhqiq olunmaqdadır. Bütün bunlar isə sözügedən sahədəki problemlərin aşkarlanmasını daha da aktuallaşdırır. Xalq.az-a verilən məlumatlara görə qeyri-leqal tələbə qəbulu ilə məşğul olan belə təhsil ocaqlarından biri də Mingəçevir Politexnik İnstitutudur. Məlumatda o da vurğulanır ki, bununla bağlı bir neçə fakt var və institut rəhbərliyi bu faktların ört-basdır edilməsinə çalışır. Hazırda əməkdaşlarımız adıçəkilən institutla bağlı daxil olmuş faktların dəqiqləşdirilməsi ilə məşğuldur. İddialara görə rektor Akif Hacıyevin göstərişinə əsasən keçirilən bu əməliyyatda artıq bir neçə gənc tələbə adını qazanıb. Lakin tələbə adını qazanalara tələbə bileti oktyabrda veriləcəyi vəd olunub. Araşdırmalarımız yekunlaşdıqdan sonra isə özündə konkret faktları əks etdirən araşdırma yazımızı diqqətinizə çatdıracağıq. Məlumat üçün bildirək ki, bu institut fəaliyyətə 1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının filialı kimi başlayıb. 2 il sonra isə Nazirlər Kabinetinin 427 say1ı 1993-cü il 04 avqust tarixli qərarı ilə Mingəçevir Politexnik İnstitutu adlandırılmışdır. Mövzuya qayıdacağıq. Bizi izləyin.

 

Qarşi tərəfində mövqeyini dərc etməyə hazırıq