Gömrük əməkdaşlığına dair saziş imzalanıb

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Brüsseldə ÜGT Gömrük Əməkdaşlıq Şurasının sessiyası zamanı növbəti ikitərəfli görüş keçirib.
XALQ.AZ xəbər verir ki, Koreya Respublikası Gömrük Xidmətinin rəhbəri Kim Yung-Moon ilə keçirilən görüşdə Azərbaycanla Koreya arasında mövcud əlaqələrdən söhbət açılıb, əməkdaşlıq münasibətlərinin müxtəlif sferalarda, o cümlədən gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Səfər Mehdiyev Azərbaycan tərəfinin koreyalı həmkarları ilə gömrük işinin bütün sahələrində, xüsusilə də ticarətin asanlaşdırılması, risk analizləri, informasiya texnologiyalarının tətbiqində əməkdaşlıq əlaqələrini davam etdirməkdə maraqlı olduğunu və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Kim Yung-Moon Azərbaycanla əməkdaşlığa önəm verdiklərini bildirib, eləcə də ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi rolunu qeyd edib. Görüşdə Azərbaycan və Koreya gömrük orqanları arasında əməkdaşlıqdan razılıq bildirilib və qarşılıqlı əlaqələrin bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyinə əminlik ifadə olunub. Tərəflər xüsusilə vurğulayıb ki, Azərbaycan və Koreya arasında gömrük işinə dair imzalanması nəzərdə tutulan müvafiq sənəd əməkdaşlığın genişlənməsinə stimul verəcək, tərəflərin inteqrasiyasını sürətləndirəcək. Sonra görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı yardım və əməkdaşlıq haqqında Saziş” imzalanıb. SənədiAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Koreya Respublikası Gömrük Xidmətinin rəhbəri Kim Yung-Moon imzalayıblar.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.