Hava limanında yoxlama başlandı-Gömrük generalları işdən cıxarıldı

Dövlət Gömrük Komitəsində iki general sərəncama göndərilib. 
XALQ.AZ xəbər verir ki, Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyev və Gömrük Hospitalının, Tibbi Xidmət İdarəsinin rəisi general-mayor Qədiməliyev Fikrət Gülverdi oğlu tutduğu vəzifəsindən azad edilərək, sərəncama göndərilib.
Sadiq Abduyev eksklüziv olaraq Unikal.org-a açıqlamasında bildirib ki, hazırda rəhəbri olduğu qurumda və Gömrük Hospitalında hüquqi araşdırma aparılır:
“Hər hansı müdaxilə olmaması üçün mən və Fikrət Qədiməliyev sərəncama göndərilmişik. Yəqin ki, işimizlə bağlı aparılan araşdırmadan sonra qərar veriləcək”.
Elgün