Gömrük rusumları artırıldı

Bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan əksər yeyinti məhsullarının gömrük qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

XALQ.AZ bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məsələn, 2 ay ərzində ölkəyə gətirilən ətin hər tonu 1 500 ABŞ dollarına (hər kiloqramı 1,5 dollara və yaxud 2,55 manata) rəsmiləşdirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.

Südün gömrük qiymətində 1,6%, kərə yağının və süddən hazırlanmış digər yağların gömrük qiymətində 64,4%, meyvə-tərəvəzin gömrük qiymətində 19,6%, çayın gömrük qiymətində 4%, bitki və heyvan mənşəli piy və yağların gömrük qiymətində isə 5,1% artım olub.

Əvəzində Komitə Azərbaycana idxal olunan buğdanın hər tonunu illik müqayisədə 6,4%, şəkərin hər tonunu isə 1,5% aşağı qiymətə rəsmiləşdirib.

Yeyinti məhsulunun adı Məhsulun 1 tonunun
gömrük qiyməti (ABŞ dolları ilə)
Dinamika
Yanvar-fevral, 2018 Yanvar-fevral, 2017
1 Ət 1500 1351 11,02%
2 Süd 1510 1487 1,55%
3 Kərə yağı 5790 3522 64,40%
4 Meyvə-tərəvəz 483 404 19,55%
5 Çay 393 378 3,97%
6 Buğda 175 187 -6,42%
7 Piy-yağ 931 886 5,08%
8 Şəkər 450 457 -1,53%

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir