Gömrükdə əməliyyat

 

gomruk_postu_00

Güclü təsiredici maddələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən XALQ.AZ-a bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin “Şirvanovka” gömrük postunda Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı, vətəndaşın ayağındakı corablarda 6 konvalyut (60 kapsul) “Tramadol 50 mq” və 1 konvalyut (7 həb) “Tramadol HCI 150 mq” markalı dərman preparatları aşkarlanıb.

Xatırladaq ki, “Tramadol” Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı”na daxildir. Faktla bağlı araşdırma aparılır.

Scroll to top