Gömrükdə islahatlar davam edir-Onlarda işdən çıxarıldı

Dövlət Gömrük Komitəsində ciddi kadr dəyişikliyi baş verib.

XALQ.AZ AzVision.az-a istinadən məlumatına görə, Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov vəzifəsindən azad edilib. Onun yerinə Kənan Məmmədov təyinat alıb.

Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən Mehman Sadıqov Şirvan Gömrük İdarəsinə rəis təyin edilib. Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov isə Xaçmaz Gömrük idarəsinə gətirilib.

Qeyd edək ki, Pərviz Rəhimov azərbaycanlı oliqarx-milyarder İlham Rəhimovun qohumudur.

Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov vəzifəsindən azad edilib.Gömrük orqanlarından xaric edilən Məmmədovun yerinə Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov təyinat alıb.Qeyd edək ki, Azər Məmmədov keçmiş təhsil naziri Misir Mərdanovun kürəkənidir.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev mətbuata açıqlamasında qurumda ciddi islahatların aparılacağını bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir