Gömrükdən açıqlama- Bakıya lüks avtomobillər gətiriblər

ferr

 

Ötən ilin 11 ayı ilə müqayisədə ümumiliilkdə ölkə ərazisinə idxal olunan avtonəqliyyat vasitələrinin say həcmi 82 faiz azalıb. Yəni cəmi 25 min ədəd avtonəqliyyata vasitəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal olunmuşdusa, bu il isə 4000- dən bir qədər çox avtonəqliyyat vasitəsi idxal olunub.

 

O cümlədən vergi 94, 5 milyon manat az toplanıb. Bu gün Azərbaycan ərazisində 2 milyona yaxın avtomobil var. Avtonəqliyat vasitələrinə aksiz vergisinin tətbiq edilməsi önəmli hallardan biridir”.

 

Modern.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi Maliyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov Milli Məclisin komitə iclasında çıxış edərkən məlumat verib.

 

Baş İdarə rəisi bildirib ki, mühərrikinin həcmi daha yüksək olan lüks avtonəqliyyat vasitələrinin aksizlərin qalıdırılması məsələsi vacibdir:

 

“Ötən ilin 11 ayında 5000-dən yuxarı mühərrikinin həcminin yüksək olan avtonəqliyyat vasitəsinin idxalı 160 idisə , onun 10 ədədi güzəştli qaydada, yəni diplomatik xidmətlərə görə gətirilib. 2016- ci ilin 11 ayında isə 198 ədəd lüks avtomobil idxal olunub. Onun 1 ədədi güzəştli qaydada idxal olunub.

 

Deməli imkan var. Ümumi fonda avtonəqliyyat vasitələrinin idxalı 82 faiz azalıb. Ancaq lüks avtomobil baxımından istehlkaçıların sayı daha da artıb.

 

Xəz dəri məmulatlarının da aksiz vergisinə cəlb olunması zəruridir. Ölkələrə var ki xalça məmulatlarını aksiz vergisinə cəlb edirlər. Bu gün istehlak bazarında kifayət qədər xəz dəri məmulatları var. Ona görə də aksiz vergisinə cəlb olunması zəruridir. Vergi Məcəlləsinə edilən dəyişiklik büdcənin gəlirlə hissəsinin formalaşmasına şərait yaradacaq”.

 

Mirqasım Vahabov ölkəyə idxal olunan un və buğda məhsullarının ƏDV-dən 3 il azad olunmasına da münasibət bildirib:

 

“Özümüzdə daxili istehsal olsa da idxaldan müəyyən qəədər asılılığımız var. Mart ayından başlayaraq Dövlət Gömrük Komitəsində köklü islahatlar aparılıb. Bu islahatlar davam etdirilir.

 

İlk olaraq şəffaflığın təmin olunması , elektron qaydada malların bəyan edilməsi və elektron qaydada digər mərkəzi icra orqanlarına ötürülməsi təmin olunub.

 

İdxal mallarında buğda və buğda ununun və eyni zamanda daxil olan məmulatlarının ƏDV- dən 3 il müddətinə azad edilməsi bugünkü reallığa tam uyğundur”.

Scroll to top