Gömrükdən qadağa

gomruk_postu_00
Azərbaycandan ixrac edilən şalban, odun, budaq, çırpı bağlamaları və ya analoji formalarda yanacaq oduncağı (oduncaq talaşası və ya yonqarı; şalbanlar, briketlər, qranullar şəklində və ya analoji formalarda aqlomerasiya olunmuş və ya olunmamış mişarağzı və ağac tullantıları və skrap) ixrac gömrük rüsumuna cəlb ediləcək.
Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.
İxrac zamanı bu materialların 1 kub metri üçün 1000 dollar ixrac gömrük rüsumu tətbiq ediləcək.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.