GÖRKƏMLI RƏSSAM TOĞRUL NƏRIMANBƏYOVUN DOĞUM GÜNÜDÜR

Bu gün Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi Toğrul Nərimanbəyovun anadan olduğu gündür.

Xalq.az xəbər verir ki, Toğrul Nərimanbəyov 1930-cu il avqustun 7-də Bakıda anadan olub.

O, 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvanın paytaxtı Vilnüsdə Rəssamlıq İnstitutunu bitirib.
T.Nərimanbəyovun yaradıcılığı hər zaman diqqət mərkəzində olub və daim yüksək qiymətləndirilib. O, bir çox ölkələrin orden və medalları ilə təltif edilib. Rəssam “İstiqlal” və “Şərəf” ordenlərinə layiq görülüb.

T.Nərimanbəyov bu il iyunun 2-də Parisdə vəfat edib və orada da dəfn olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir