Göyçayda partlayış, ölən və yaralananlar var

 

15

Göyçayda partlayış olub. ANS PRESS-in məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib. Göyçay Rayon Polis İdarəsindən verilən məlumata görə, 6 fəhlə yol kənarındakı kolları təmizləyərək yandırıb. Qəflətən partlayış baş verib.

Partlayış nəticəsində Şəkər kənd sakini 26 yaşlı Ağalı Abdullayev aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Digər bir nəfər, onun qardaşı 36 yaşlı Yasər Abdullayev isə ağır dədən xəsarətləri alıb. Yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Rengen müayinəsi nəticəsində yaralının bədənində 3 ədəd metal olduğu aşkarlanıb. Əməliyyat olunan xəstənin vəziyyəti orta-ağırdıər.

Hüquq mühafizə orqanları hadisə yerinə baxış keçiriblər. Faktla bağlı Göyçay Rayon Məhkəməsində cinayət işi açılıb, araşdırma aparılır.