Goyçayda torpaqlar vətəndaşların əlindən alınır

75

Rayonun rəhbəri  Mənsur Məmmədov camaatın başına min bir oyun açmaqla yanaşı, həm də bir sıra imkanlarının əldən çıxmasına gətirib çıxarıb.

 

Torpaqlar hərraca çıxarılıb

 

İcra başçısı Mənsur Məmmədov  həyata keçirdiyi «islahat»lar nəticəsində durumu pisləşən Goyçay  camaatının torpaqları da əllərindən çıxır. Belə ki, rayonun icra başçısı yerli bələdiyyə sədrləri ilə əlbir olaraq, torpaq sahələrini satmaqla məşğuldurlar. Vəziyyətin dözülməzliyi o həddədir ki, camaat 1 ildir özlərinə yaşayış evləri tikmək üçün müraciət ediblər, lakin onlara cavab verən yoxdur. Daha doğrusu, torpaq sahələrinin ayrılma məsələsində pul tələb olduğundan camaat nə edəcəyini bilmir.

 

Gələn məlumatlarda qeyd olunur ki, Şəmkir İcra Hakimiyyəti məsuliyyəti boynundan atmaq üçün günahı Dövlət Torpağ və Xəritəçəkmə Komitəsnin üzərinə yıxır. Belə ki, İcra Hakimiyyəti iddia edir ki, komitədən  onlara torpaq sahəsi ayırmayıb. Halbuki icra başçısı Mənsur Məmmədov bələdiyyə sədrləri ilə torpaq sahələrini satmaqla məşğuldur və bu səbəbdən də hazırda torpaq problemləri yaranır. Camaatın isə tələbi odur ki, icra başçısı satdığı torpaq sahələrini əsl sahiblərinə versin. Əks təqdirdə, onlar Bakıya yürüş etmək məcburiyyətində qalacaqlar.

 

Sahibkarların  fəaliyyətnə maneələr yaradılır

 

Goyçay rayon  icra  hakimiyyətinin başçısı Mənsur

Məmmədov  həmçinin rayonda sahibkarlara da sıxışdırır. Vaxtaşırı onlardan pul tələb edən icra başçısı, hətta günün birində onlarla toqquşmalı da olmuşdu.

Amma bu hadisədən sonra bir çoxları elə zənn edirdi ki, Mənsur Məmmədov  nəticə çıxaracaq. Amma gözlənilənlərin tam tərsi baş verir. Belə ki, yenə də icra başçısı sahibkarları bir araya gətirərək, onlardan pul tələb etməkdə davam edir. Artıq durum o qədər qəlizləşib ki, sahibkarlar da bezib. Onlar artıq pul verilməsinə etiraz edərək, icra başçısına qarşı çıxırlar. İcra başçısı isə onları «ələ almaq» üçün müxtəlif variantlara əl atır. Həmin variantlardan biri də polisin vasitəsi ilə sahibkarlara təzyiq edərək, onlardan pul qoparmaqdır. Artıq rayonda bəzi sahibkarlar bu sıxışdırlma planın qurbanına çevriliblər.

 

Goyçayda  yoxlama olacaq  

 

Goyçay rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov ciddi yoxlamadan keçəçək. Mənbənin iddialarına görə, Goyçay  icra başçısı tenderlerdə külli miqdarda yeyinti faktına görə hədəfə çevrilib. Onunla bağlı konkret şikayət əsasında araşdırma aparılıb. Eyni zamanda Hesablama Palatasının büdcədən ayrılan dövlət vəsaitinin təyinatı üzərə xərclənməsi işini təftiş etməsi gözlənilir. 

 

 

 

Qarşı tərəfindən də mövqeyini dərc etməyə hazırıq.