Göygöldə və Gədəbəydə mal-qara sahibləri çarəsiz qalıblar

mal qara

Son günlər Respublikada mal-qaranın bunyavirus xəstəliyinə yoluxması müşahidə olunur.

Hər rayonun Baytarlıq idarəsi sil-silə tədbirlər keçirilməsinə baxmayaraq xəstəliklə mubarizələri heç bir nəticə vermir.  Əsasən Göygöl və Gədəbəy  rayonlarında mal-qaranın bunyavirus xəstəliyinə yoluxması halları xeyli coxalıb.Mal-qara sahibləri qeyd edirlər ki, hazırda xəstəliyə tutulmuş heyvanları müalicə etmək üçün Rayon Rəhbərlikləri tərəfindən heç bir addım atılmır. Müraciətlərədə Baytarlıq idarəsindən və Rayon İcra Hakimiyyətlərindən bir cavab verilir “Bakıdan dərman göndərilməlidir” . Müalicə üçün istifadə olunan dərmanlar nə baytarlıq idarəsində var nə də rayonların səhiyyə apteklərində satılmır.

Mal-qara sahiblərindən verilən məlumata görə əgər dərman tapsalarda rayonda dərmanların qiymətləri süni şəkildə artırılır. Bu da vətəndaşların narazılığına səbəb olur, Rayon İcra Hakimiyyətlərinədə  müraciətləri cavabsız qalır.Nəticədə mal-qara sahibləri çarəsiz qalıb aidiyyatı qurumlardan kömək istəyirlər. 

Məsələ ilə bağlı Göygöl və Gədəbəy rayon İcra Hakimiyyətləri ilə əlaqə saxlasaqda  heç bir cavab ala bilmədik.Telefonları qaldıran şəxslər rəsmi şəxslərdən aparatda heç kəsin olmadığını bəhanə gətitətək dəstəyi asdılar.

Qarşı tərəfindən mövqeyin dərc etməyə hazırıq.