Qüdrətli Azərbaycan ordusu

 

ordu

Rusiyanın “Russia Today” telekanalı Azərbaycan ordusuna həsr edilən və “Azərbaycan ordusu: regionda ən zəngin ordudur” adlanan fotosessiyanı dərc edib. XALQ.AZ xəbər verir ki, bu barədə telekanal yazır:

“Azərbaycan ordusu, Dağlıq Qarabağ ətrafında Ermənistan ilə həll edilməmiş münaqişəyə görə daim döyüşə hazır vəziyyətdədir. 2000-ci illərin əvvəllərində Azərbaycan hərbi büdcəsini 20 dəfə artırıb. Bakı Rusiya, İsrail və Türkiyə istehsalı olan silahlar alır”.

RT qeyd edir ki, “Global Firepower” hərbi qüvvə reytinqində Ermənistanı 34 pillə geridə qoyan Azərbaycan 60-cı yeri tutur.

“Ötən 15 il ərzində Azərbaycan ordusu çox irəliləyib. Ölkənin müdafiəyə çəkdiyi xərclər 2003-cü ildə 160 milyon dollar, 2013-cü ildə isə 3,7 milyard dollardan ibarət olub”, – “Russia Today” əlavə edib.