Günay İbrahimlidən açıq-saçıq klip (VİDEO)

“Dəlisiyəm gecənin” mahnısının klip çəkilişlərini yekunlaşdıran gənc müğənni Günay İbrahimli yeni klipini izləyiciləri ilə bölüşüb.

XALQ.AZ-ın məlumatına görə, bir neçə gün əvvəl klip çəkilişləri zamanı çəkilən fotossssiyanı təqdim edən gənc müğənni açıq-saçıq geyinməsi səbəbilə sosial şəbəkədə müzakirə mövzusu olmuşdu. Lakin onun pərəstişkarları hər addımına sevindiyi üçün fotoşəkilləri çox bəyənmiş, xeyli sayda müsbət rəy bildirmişdilər.

Ötən gün təqdim edilən klipin rejissorluğunu Rza Əsgərov üzərinə götürüb. Sözləri reper NADO-ya aid olan “Dəlisiyəm gecənin” adlı mahnının musiqisi Pərviz Mahmudova, aranjeman işi isə Elvin Musayevə məxsusdur. Müğənninin stili üzərində Elnur Həsənov çalışıb.

Sözügedən klipi təqdim edirik.