Gürcüstan prezidentinin kürəkəni güllələndi-Fotolar

“Prezidentin kürəkəni güllələndi -  Gürcüstanda ara qarışdı

 

Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni, qızı Annanın həyat yoldaşı Qiqi Çiçua güllələnib.

XALQ.AZ “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, hadisə yanvarın 11-də Tiflisdə Balançivadze küçəsində baş verib.

Q. Çiçua xəstəxanaya yerləşdirilib.

Silahlı insidentlə bağlı ətraflı məlumat verilmir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də ekspert-kriminalistlər cəlb olunublar.

Gürcüstan DİN-dən prezidentin kürəkəninin yaralanması ilə bağlı məlumatı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Anna Marqvelaşvili Gürcüstan prezidentinin birinci evliliyindən olan qızıdır. O, dicey Qiqi Çiçua ilə 2014-cü ilin dekabrında ailə qurub.

 

Prezidentin kürəkəni güllələndi -  Gürcüstanda ara qarışdı
Prezidentin kürəkəni güllələndi -  Gürcüstanda ara qarışdı

 

Scroll to top