Qonşu Gürcüstanda 5,8 maqnitudada zəlzələ baş verib.
Gün.Az xəbər verir ki, bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.
Məlumata görə, bu gün 09:09-da Zaqataladan 85 km Şimal-Qərbdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Yer səthinə çox yaxın – cəmi 8 km dərinlikdə baş verən yeraltı təkan Azərbaycanın şimal-qərb bölgələrində hiss olunub.
Gürcüstanda dağıntı və insan tələfatının olması barədə məlumat yoxdur.