Güzgü qazetinin baş redaktoru həbs olundu

habs

Xalq.az Aznews.az-a istinadən məlumat verir ki ,Abşeron rayonunda jurnalist həbs edilib. Bu barədə Abşeron rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, Ceyranbatan qəsəbəsində yaşayan 1978-ci il təvəllüdlü Kamran Səxavət oğlu Bəyalıyev xuliqanlıqda təqsirli bilinərək, barəsində 10 sutka inzibati həbs qərarı verilib.

Şöbədən bildirilib ki, K.Bəyalıyev küçədə ünvansız söyüşlər söyərək, ətrafda narahatlıq yaradıb. Bu da qəsəbə sakinlərinin narazılığına səbəb olub. K.Bəyalıyev ona yaxınlaşan polisə tabe olmayaraq, müqavimət göstərib. Bunun ardınca isə həbs edilib və Abşeron rayon Məhkəməsinin qərarı ilə həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) və 310-cu (polisə müqavimət) maddələri ilə təqsirli bilinib.

Qeyd edək ki, K.Bəyalıyevin “Güzgü” qəzetinin baş redaktoru olduğu bildirilir.