Həftə sonu yarmarkaları Bakıda 5 ünvanda keçirilir -Nazirliyindən açıqlama

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həftə sonu yarmarkaları təşkil olunmaqda davam edir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev XALQ.AZ -a açıqlamasında bildirib ki, həftənin şənbə, bazar günləri Bakı şəhərində 5 və Sumqayıtşəhərində 2 ünvanda həmin yarmarkalar davam etdirilir.

Ünvanlar isə hər il olduğu kimi qalır. Belə ki, həftə sonu yarmarkaları Xətai rayonu – Məzahir Rüstəmov küçəsi, Səbail rayonu – Badamdar qəsəbəsi, Nərimanov rayonu – Keşlə bazarının yanı, Binəqədi rayonu – Dərnəgül qəsəbəsi, Suraxanı rayonu – Əmircan qəsəbəsində təşkil olunur.

Qeyd edək ki, bu yarmarkalar Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən fermerlərin öz məhsullarını birbaşa bazara çıxarmasına imkan yaradır.

RƏSUL