“Hər kəs bu reallıqları öz gözləri ilə görəcək” Rauf Əliyev

RAUF

 

İslam Həmrəyliyi Oyunları dörd ildən bir keçrilən beynəlxalq idman tədbiridir. Bu yarışlarda İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən olan idmançılar iştirak edir. İslam Əməkdaşlıq Təşkilatı(İƏT) (2011- ci ilə kimi İslam Konfransı Təşkilatı (İKT) 1969-cu ildə Mərakeşin paytaxtı Rabatda müsəlman ölkələrin  dövlət və hökumət başçılarının konfransında yaradılıb. 2011-ci ilin iyun ayında Qazaxstanın paytaxtı Astana şəhərində keçrilmlş İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin 38-ci sesiyasının Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı İslam Əməkdaçlıq Təşkilatına dəyişdirilib.

İlk dəfə bu oyunlar 2005-ci ildə aprel ayının 5-20 kimi Səudiyyə Ərəbistanında Məkkə şəhərində keçrilib Yarışlarda 55 dövlətdən 6000 idmançı 15 idman növü üzrə medallar uğrunda mübarizə aparıblar. II İslam Həmrəylik Oyunları əvvəl 2009-cu ildə İranda keçrilməsi planlaşdırılırdı ,amma sonra tarix 2010-cu ilin aprel ayına dəyişdirildi. Lakin Fars Köfəzinin (Ərəb) adı ilə bağlı İran və ərəb dövlətləri arasında fikir ayrılığı səbəbindən ləğv edildi. İran və ərəb dövlətləri arasında bu körfəzin adı ilə bağlı mübahisələr həmişə ziddiyyətlərə səbəb olmuşdur. Çox təəssüflər olsun ki, bu və ya digər məsələlərlə bağlı  İran və ərəb dövlətləri ,eləcədə ərəb dövlətlərinin öz arasında bəzi poblemlər mövcuddur.

III İslam Həmrəylik Oyunları 2013-cü ilin sentyabr ayının 12-dən 22 kimi İndoneziyada Palembanq şəhərində keçrilib. Yarışlarda 44 ölkəni təmsil edən 1769 idmançı 13 idman növü üzrə yarışıb.

IV İslam Həmrəyliy Oyunları 2017-ci ildə may ayının 12-dən 22 kimi Azərbaycanın paytaxtı Bakı şəhərində keçriləcəkdir. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6000 yaxın idmançısının iştirak edəcəyi gözlənilir. Bu barədə qərar 2014-cü ilin 24 iyul tarixində Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Asambliyasında qərar qəbul edilib. Bu qərar Azərbaycanda böyük razılıq hissi ilə qarşılanıb. Bu mühüm hadisə bir daha nümayiş etdirdi ki, Azərbaycan Respublikası dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmuşdur. İslam aləmində özünəməxsus mövqeyə malik olan Azərbaycanın mövcud potensialı , həyata keçrilən müasir infrostruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün şərait yaradır. Yüksək səviyyədə keçrilmiş ilk Avropa Oyunlarından sonra eyni məkanda növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər bir yarışın keçrilməsi Azərbaycan Respublikasının tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsidir. Bu oyunlar eyni zamanda Azərbaycanın idman şöhrətini daha da artıracaq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının 18.09.2015-ci il tarixli sərəncamı ilə IV İslam Həmrəylyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində yüksək səviyyədə kecrilməsini təmin etmək məqsədi ilə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitesinin üzvü, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sədirliyi ilə Təşkilat Komitəsi yaradılıb. Həm “Eurovision” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə , eyni zamanda 1-ci Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etməsi bu beynəlxalq miqyaslı tədbirlərin uğurla keçrilməsinin əsas amillərindən biri olub. Hər iki beynəlxalq  tədbir ən yüksək səviyyədə keçrilmişdir.4-cü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə  Mehriban Əliyevanın Sədr təyin edilməsi indidən deməyə əsas verir ki.bu beynəlxalq tədbir də çox yüksək səviyyədə təşkil olunacaq.

Avropa Oyunları imkan verdi ki,Azərbaycan öz potensialını nümayiş etdirsin. Azərbaycan bütün dünyaya bir daha göstərdi ki,Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, Azərbaycan dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda  bütün xalqların, dinlərin nümayyəndələri rahat bir ailə kimi yaşayır və Azərbaycan bütün qonaqları qəbul etməyə hazırdır. İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçrilməsi çox mühüm hadisə kimi yadda qalacaqdır.Azərbaycan İslam aləminin bir parçasıdır. Azərbaycan bu böyük ailənin üzvü kimi səy göstərəcəkdir ki, Oyunlar ən yüksək səviyyədə təşkil olunsun.

Azərbaycanı istəməyən qüvvələrə, islamofob qüvvələrə Azərbaycan reallıqları ən tutarlı cavabdır.Oyun iştirakçıları , qonaqlar, turistlər hər kəs bu .

Çox təəssüflər olsun ki,İslam aləmini əhatə edən cografyada artıq uzun illərdir ki, qanlı münaqişələr, müharibələr davam edir. Milyonlarla insanlar öz doğma yurd-yuvalarını tərk edərək  qonşu ölkələrə , əksəriyyəti isə Avropa ölkələrinə üz tutmuşlar. Aydındır ki, bu münaqşələr, müharibələr müxtəlif beynəlxalq güclərin öz məqsədlərinə çatmaq üçün apardıqları siyasətin nəticəsində baş verir.Eyni zamanda qeyd etmək lazımdır ki, İslam dünyasına aid olan bir sıra dövlətlər arasındakı münasibətlər istənilən səviyyədə deyildir. Ona görə də bu ölkələr arasında konfiliktlərin, mübahisəli məsələlərin həll edilməsində,  xalqlar arasında dostluq münasibətlərinin yaranmasında İslam Oyunlarının əhəmiyyəti böyükdür. Bu nöqteyi nəzərdən IV İslam Oyunlarının Azərbaycanda keçrilməsi  həm Azərbaycan üçün ,iştirakçı dövlətlər üçün , İslam dünyası üçün ,ümumiyyətlə bütün dünya üçün böyük əhəmiyyətə malikdir.

İslam Oyunları ilk növbədə İslam həmrəyliyini gücləndirəcək, həm  İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda bütün dünya görəcək ki, Azərbaycan böyük  imkanlara malik bir ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir.