Hərbi bazada atışma olub

 

88

Oktyabrın 24-də ABŞ-ın Tennesi ştatında yerləşən hərbi-dəniz bazasında baş vermiş atışma nəticəsində iki adam yaralanıb.

ANS PRESS “NBC” telekanalına istinadən bildirir ki, hadisədən sonra “Millinqton” bazası təhlükəsizlik baxımından bağlanıb, güllə atan tutulub.

Bildirilir atışma Milli Qvardiyanın üç əsgəri arasında baş vermiş mübahisədən sonra düşüb. Onlar mübahisə etməyə başlayıblar və onlardan biri tapançasını çıxararaq, qalan iki nəfərə güllə atmağa başlayıb, onların hər ikisi yaralanıb. Həkimlər onların aldığı yaranın təhlükəli olmadığını deyir.