Hərbi Dəniz Qüvvələrində görüş

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov iyulun 30-da Qazaxıstan Hərbi Dəniz Donanmasının nümayəndəsi 1-ci dərəcəli kapitan Kanat Niyazbekovun və İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi 1-ci dərəcəli kapitan Hüseyn Həsəninin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşlər keçirib.

XALQ.AZ Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, görüşlərdə Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparılıb.

 

Orxan