“Hacı Əbdül”-də silah aşkarlandı

Silah
Nardaranda silah-sursat tapılıb.
Sabunçu rayon Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, qəsəbə ərazisində yerləşən və hazırda fəaliyyət göstərməyən “Həci Əbdül” hamamında axtarış aparılıb.
Axtarış zamanı orada “AKS” markalı silah, 50 ədəd patron, 4 ədəd “F-1” qumbarası və dini mərasimdə istifadə olunan avadanlıqlar aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.