Hacı Nurana sürpriz – Video

Bu gün əməliyyat üçün Almaniyaya getməyə hazırlaşan “Həyat” fondunun rəhbəri Hacı Nuran Hüseynova müalicə aldığı xəstəxanada sürpriz ediblər.

XALQ.AZ  xəbər verir ki, aparıcının palatasına at gətiriblər. Nuranın təəccüblə qarşıladığı at ziyarətçilərin üzündə gülüş yaradıb.

Qeyd edək ki, həmin vaxt Hacı Nuranın yanında Xalq artisti Murad Dadaşov da olub. O, təəccübünü gizlədə bilməyib.

Məlumat üçün bildirək ki, Hacı Nuran Hüseynov bir neçə gündür xəstəxanadadır. Onun ağciyərində onkoloji şiş tapılıb.

Orxan