Hacı Şahininin avtomobilində “BOMBA HƏYƏCANI”

Haci Shahin

Məşədi Dadaş məscidinin imam-camaatı, “Mənəvi Dünya” İctimai Birliyinin (İB) sədri, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli son günlər fəallaşan radikal dini qrupların təhdidlərindən qorunmaq üçün təhlükəsizlik tədbirləri görür. Bu barədə Publika.Az-a açıqlamasında Şahin Həsənlinin özü məlumat verib.
Gəzdiyi avtomobilə bomba qoyulması ehtimalının böyük olduğunu vurğulayan Ş.Həsənli hər gün avtomobilinin ciddi yoxlandığını söyləyib: “Məsciddə və digər yerlərdə ciddi təhlükəsizlik tədbirləri görülür, avtomobilim də hər gün yoxlanılır. Bilirsiniz ki, bir neçə ay bundan öncə həyatıma ciddi təhdid və təhlükə olmuşdu. Milli Təhlükəsizlik Nazirliyi (MTN) vaxtında lazımı tədbirlər gördü və həmin insanlar saxlandı. Ancaq bundan sonra isə haqqımda yalan və uydurma, təxribat xarakterli məlumatlar yayılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir