Hacıbala Abutalıbov 15 min manatlıq şokoladı kimə alıb?

 

6

 

Bakı Şəhər İcra Hakimiyyəti 8 martda qadınları təbrik etmək üçünkülli miqdarda pul xərcləyib

Bakı Şəhər İcra Hakimiyyəti 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə 14455 manatlıq şokolad alıbmış. JAM.AZ-ın araşdırmalarına görə, həmin şokoladın alınmasını meriyanın İqtisadiyyat Komitəsi sifariş edib.

Məhsulun istehsalçısı isə Belçikanın məşhur «Galler Tablets» şirkətidir. Özü də xüsusi kompozisiyalı şokolad olduğu vurğulanır. Həmin məhsulu alan tərəf isə Elmar Şahbazov adlı fiziki şəxs olub.

Hacıbala Abutalıbovun rəhbərlik etdiyi qurumda nə qədər qadının iştirak etdiyi dəqiq məlum olmasa da, onların sayının 50-dən artıq olması inandırıcı deyil. Bu qədər qadını təbrik etmək üçün 15 min manatlıq şokolad almaq isə sirafçılıqla yanaşı, həm də işin içində korrupsiyanın olmasından xəbər verir. Görünür, Hacıbala müəllimə Qadınlar Günündə müəyyən qədər pul lazım olub ki, o da bunu şokolad almaq adı altında büdcəsindən silməli olub.