Hamilə qadınlar rekorda imza atdı (FOTO)

X-11

Çində yoqa ilə məşğul olan qadınlar rekorda imza atıb.

XALQ.AZ-ın məlumatına görə, Çinin cənubunda yerləşən Hunan əyalətinin paytaxtı Çhanqşada hamilə qadınlar maraqlı bir rekord göstəriblər. Şəhərin ən böyük parkı olan Cuzizhouda toplaşan 12 həftəlik və daha çox müddət hamilə olan 505 qadın dünyanın ən böyük doğuşdan əvvəl yoqa sinifini meydana gətirərək rekord qırıblar. Bənövşəyi rəngli geyimdə olan qadınlar birlikdə yoqa hərəkətləri edərək maraqlı görüntülər nümayiş etdiriblər.

Xatırladaq ki, bundan əvvəl isə 2013-cü ildə, elə məhz Çində 423 hamilə qadın yoqa hərəkəti ilə diqqət çəkərək rekorda imza atmışdı.

Bu dəfəki rekord sahibləri həmçinin 37 dəqiqə 28 saniyə fasiləsiz yoqa edərək digər bir rekorda da sahib çıxıblar.

X-22

X-33

X-11