Hansı deputatlar pornaya baxıblar?

komp

Keçən il İngiltərə parlamentindən 300 min dəfə porno saytlarına giriş edildiyi ortaya çıxıb.

“Huffington Post”un verdiyi xəbərə görə, məlumat əldə etmə azadlığı ilə bağlı suala cavab verən İngiltərə parlamenti informasiya texnologiyaları dairəsi bir il içində parlament binasından tam 300 min dəfə porno saytlarına giriş edildiyini açıqlayıb.

İnformasiya Texnologiyaları Dairəsi porno saytlarına daxil olmaların bütün binanı əhatə etdiyini, saytlara girənlərin həm deputatlar, həm də parlament əməkdaşları olduğunu qeyd edib.

Porno saytlarına ən çox giriş ötən ilin noyabr ayında qeydə alınıb – 114 min 884 dəfə.
2013-cü ilin aprel ayında isə porno saytlara 55 min 552 dəfə giriş qeydə alınıb.

Ən az girişin isə 2013-cü ilin fevral ayında olması diqqəti çəkib. Bu tarixdə porno saytlarına yalnız 15 dəfə daxil olunub.

Məsələ ilə bağlı İngiltərə Vergi Ödəmə Dərnəyi bəyanat verərək parlamentin vəzifəsinin xalqa xidmət etmək olduğunu, vergilərinin vəzifə xarici məqsədlərlə xərclənməsinin yolverilməzliyini, bu yöndə araşdırmaların davam edəcəyini açıqlayıb.