Hansı idarə rəisləri Prezidentin çıxışlarından bixəbərdirlər?

azersuazeriq

Qaz və suyu fasilələrlə evlərə verilməsi, yaxın keçmişimizdən bizə acı bir xatirə kimi qalıb. Odur ki, son illər əhalinin qaz və suya olan tələbatının ödənilməsində baş verən müsbət dəyişiklikləri hamı təqdir edir. Sözsüz ki, bütün bunlar əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, o cümlədən bu sahədə tətbiq edilən müasir ödəniş sistemləri sayəsində mümkün olub.

 

Götürək “smart” tipli sayğacları. qaz və sudan istifadə edilməsində bu tipli sayğacların tətbiqinə başlanması abonentlərin ürəyincədir. Çünki belə sayğaca malik olan hər bir istehlakçı öz maddi imkanları çərçivəsində qazdan və sudan istifadə edir ki, bu da ilk növbədə qənaət deməkdir. Ən əsası isə o, nəzarətçilərdən, onların yalan-doğru yazdıqları borclardan yaxa qurtarır.

 

Ədalət naminə deməliyik ki, “Azərsu” ASC-i, eləcə də “Azəriqaz” QSC-nin vətəndaşlara göstərdiyi xidmətin səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb. Amma yaxşılaşmayan bəzi hallar da var. Redaksiyaya daxil olan məktublardan və müraciətlərdən məlum olur ki, narazılıqların çoxu köhnə sayğacların yeniləri ilə əvəzlənməsi zamanı baş verir. Qaydalara uyğun olaraq sayğacların dəyişdirilməsi prosesi başlanmazdan əvvəl, ilk növbədə, bu barədə istehlakçıya bildirişlə yazılı məlumat verilməlidir. Özü də mütləq abonentin hüquqları bu bildirişdə dəqiq göstərilməlidir. Bundan əlavə, istehlakçının istifadə etdiyi köhnə sayğac dəyişdirilərkən abonent və onun etibar etdiyi hal şahidinin iştirakı ilə akt tərtib olunmalıdır.

 

Amma abonentlərin əksəriyyəti bunu bilmədiyi üçün nəzarətçilərə inanır və köhnə sayğacların dəyişdirilməsi prosesində iştirak etmir. Problem də bundan sonra başlayır. İstehlakçı bir də ayılıb görür ki, sən demə, onun köhnə sayğacda külli miqdarda “borc”u var imiş. Belə ki, köhnə sayğacı apardıqdan sonra onun dəyişdirilməsi barədə aktı öz adamlarının iştirakı ilə tərtib edib. Hətta bu zaman abonentin guya akta qol çəkməkdən imtina etdiyini də göstərməkdən çəkinməyir. Ardınca isə aktda köhnə sayğaca kənar “müdaxilə”nin olması qeyd edilir və sözsüz ki, bu da külli miqdarda “cərimə” və ya “qalıq borc” deməkdir. Onu da qeyd edək ki, belə əcaib “əməliyyat” hər üç xidmət qurumlarında aparılır və bütün hallarda abonent “günahkar” olur.

 

Lakin əhalini kommunal xidmət nəzarətçilərindən, ümumiyyətlə, bu qurumlardan narazı salan təkcə sayğacların dəyişdirilməsi zamanı aldadılması deyil. İstifadə edilən xidmətin haqqının ödənilməsi zamanı da abonentlər qanunsuzluqlarla az rastlaşmırlar.

 

“Azərsu” ASC-də bir sıra yeniliklərə həyata keçirir. Paytaxtda  və regionlarda həyata keçirilən  yenənqurma işləri təqdirə layiqdir.  Amma Xəzər rayonu Binə qəsəbəsində bu yenidənqurma işləri və əhalinin su təchizatının yaxşılaşdırma məqsədi ilə aparılan işlər xeyli ləngiyir. Belə ki,ilin 7 ayı əhaliyə su verilir lakin 4 ayı su kəsilir. Heç bir səbəb göstərilmədən may ayından oktyabr ayına qədər əhali su təchizatı ilə təmin olunmur, və 4 ay ərzində əhali mənşəyi məlum olmayan su maşınlarında özlərinə 30-40 manat arası  qiymətlərlə su alırlar. Su satan maşınlar haradan suyu doldurub vətəndaşa satır hansı labaratoriyadan su yoxlamadan keçir heç kəsə məlum deyil. Su idarəsinin əməkdaşları əhaliyə su verilməyən aylar heç kəsin gözünə görsənmirlər. Amma oktyabr ayı gəldikdə hamı iş başında olur, və pul yığımı başlayır. Bu məsələ ilə bağlı qəsəbə sakinləri bildirirlər ki,müraciət etdiyimiz qurumlarda yalan vədlər verərək qısa bir müddətdə problemə çözüm tapılacağını söyləyirlər, amma nə vaxt heç kəs bir zaman bildirmir.

 

Azərbaycan iqtisadi baxımdan artıq regionda lider olkədir. Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş siyasəti ölkəmizi bir sıra beynəlxalq lahiyələrin iştirakçısına çevirib. Avropa ölkələrinin nəhəng şirkətləri ilə bağlanılmış müqavilələr,və sazişləri dövlətimizin artan qüdrətinin göstəricisidir. Azərbaycan qonşu ölkələrini qazla təmin edir. Azəriqaz ASC-i təqdirəlayiq fəaliyyət göstərir. Paytaxtda və regionlarda qazlaşma işlərinin aparılması, regionlarımızın  ən ucqar kəndlərində əhalinin qazla təmin olmasını həyata keçiri. Bu kimi hallar alqışlanasıdır.Lakin çatışmamazlıqların aradan qaldırılması üçün isə heç bir tədbirlər görülmür. Redaksiyamıza daxil olan məktublara əsaslanaraq “Azəriqaz” ASC-də Xəzər rayonu Binə qəsəbəsi üzrə idarəsidə heç də ürəkaçan fəaliyyət göstərmir. Qış aylarında qaz təchizatı tam yerinə yetirlməsi bir yana qalsın heç yay fəslində belə  əhali normal qazla təmin olunmur. Redaksiyamıza daxil olan məktublara əsasən Binə qəsəbəsində son aylar evlərə qazın verilməsi fasilələr yaranır. Gündüz saatlarında demək olar ki, evlərdə qaz olmur. Məktublarda sakinlər bildirilər ki,qaz idarəsinə müraciət etdikdə Binə qəsəbəsi  qaz istismar idarəsinin rəisi yerində tapılmır işçiləri müxtəlif bəhanələr gətirərək gah ərazidədir,gah saygacların yoxlamağa gedib və sairə bu kimi bəhanələr gətirərək rəislərinə işguzar imici yaratmağa calışırlar.  Amma şikayətçilərin sözlərinə görə rəisi otaqda görəndə sevinclərinin həddi hududu olmur düşünürlər ki rəisə müraciətlərinə müsbət cavab verəcək və problemləri qısa müdddətdə həll olunacaq, amma düşündüklər kimi olmur. Cünki Rəis ürək xəstəsi olduğunu və bir necə dərman qəbul etdiyini bildirərək şikayətçini dinləməyə halı olmadığını bildirir. şikayətçi əl çəkməyəndə yenə yalan vədlər verərək heç kəsə məlum olmayan işlərlə məşqul olmağa davam edir. 

 

P.S.Bu kimi halların baş verməməsi üçün Möhtərəm Prezident  hər zaman öz cıxışlarında bildirir ki, vətəndaşlara məmurlar yuxarıdan aşağa baxmamalıdırlar,onlarla səmimiyətlə davranmalıdırlar hər kəsin problemini qanun çərçivəsində qısa bir müddətdə həll etməlidirlər. Lakin görünür ki,bu idarə rəisləri prezidentin çıxışalrından bixəbərdirlər.

 

 Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq.