Hansı rayonda nə qədər pambıq yığılıb

 

pam

Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 99 619,5 ton məhsul təhvil verilib.

XALQ.AZ verilən məlumata görə, bunun 3 140,53 tonu ötən gün tədarük olunub.

Qeyd edək ki, bu il ölkə üzrə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçala rayonlarında əkilib.

Məhsul yığımının həcminə görə, Saatlı rayonu öndə olub. Bu rayondan 15 971,4 ton məhsul təhvil verilib.

Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 596 ton pambıq tədarük olunmuşdu.

 

Ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçala rayonlarında əkilib

Scroll to top