Hava limanı bağlandı

42

 

Buna silahlı separatçıların aeroporta gəlməsinin səbəb olduğu bildirilir

 

Ukraynanın Donetsk şəhərindəki hava limanı bu səhər öz işini dayandırıb. Bu barədə hava limanının internet səhifəsində xəbər yerləşdirilib. Hava limanının işinin bərpasına dair məlumatların veriləcəyi bildirilir.
Yerli kütləvi-informasiya vasitələri isə Donetsk aeroportunun bağlanmasına oraya qondarma Donetsk Xalq Respublikasının silahlı nümayəndələrinin gəlməsinin səbəb olduğunu xəbər verir.
Lakin bu məlumatlar rəsmi olaraq hələlik öz təsdiqini tapmayıb.(ans press)