Heydər Əliyev Fondu uşaqlar üçün aksiya keçirəcək

Картинки по запросу uşaq həkim nəzarəti

 

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi və  Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının birgə təşkilatçılığı ilə avqustun 26-da xəstəxananın Kardioloji poliklinika şöbəsində saat 9:00-dan 16:00-dək uşaqların ümumi müayinəsi üzrə ümumrespublika “açıq qapı” günü təşkil olunacaq.  XALQ.AZ-a Fonddan verilən məlumata görə ”açıq qapı” günü  xəstəxananın yüksək ixtisaslı həkim kollektivi tərəfindən Bakı şəhəri və respublikanın regionlarından olan uşaqlar ödənişsiz müayinələrdən keçiriləcək və nəticələrdən asılı olaraq müalicə kursu təyin olunacaq.

Scroll to top