Heydər Əliyev adına boks çempionatına start verilir

heyder əaliyev

Dünya Boks Komitəsi Almaniyanın Aysleben şəhərində növbəti boks çempionatına start verir. AZADİNFORM xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin adını daşıyan kəmər uğrunda Azərbaycandan ağırçəkili boksçumuz Elçin Əhmədov, Rusiyadan Adam Qadayev, Qırğızıstandan Timur Zaslavskiy, Belarusdan Henadzi Danilyuk, Polşadan Aleh Dymkavets, Artsem Hurbo, Almaniyadan Marko Angermann, Suriyadan Samir Nebo rinqdə öz gücünü sınayacaq. Çempionatın ilk turu sentyabrın 7-də Almaniyanın Aysleben şəhərində, ikinci turu isə Ukraynanın Xarkov şəhərində keçiriləcək.

Komitə tərəfindən hər il ümummilli lider Heydər Əliyevin doğum gününün Almaniyanın müxtəlif şəhərlərində qeyd olunması artıq ənənə halını alıb.

Qeyd edək ki, Komitə oktyabrda Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləmək məqsədilə bir sıra kampaniyalar həyata keçirməyi planlaşdırıb.