“Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilib

Bu gün Bakı Avrasiya Universitetində “Heydər Əliyev irsi: multikulturalizm və müasir dövlət quruculuğu paradiqmaları” mövzusunda Beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirdən öncə Fəxri xiyabanda H. Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyan universitet rəhbərliyi və konfrans iştirakçıları, daha sonra akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

XALQ.AZ xəbər verir ki, konfransın açılış mərasimində elm adamları ilə, ictimai xadimlər, xarici qonaqlar və KİV nümayəndələri iştirak ediblər.

Konfransda Türkiyə Respublikasının, Nigde Ömər Halis Demir Universitetindən Dr.Çidem Şahinin “Haydar Aliyev döneminde Azerbaycanın dış politikası”, İtaliyanın Genuya Universitetindən Dr.prof.Alessandro Figusun “Azerbaijan İtaly relationnship end EU”, eləcə də digər məruzələrdə Dünya liderləri siyahısında ən mötəbər sırada yer alan şəxsiyyət, ictimai-siyasi xadim Heydər Əliyevin fəaliyyəti, qətiyyəti, möhkəm siyasi iradəsi nəticəsində müasir Azərbaycanın dövləti quruluşu və ölkəmizin dünya məkanında öz layiqli yerini tutması bir daha vurğulanıb,.


 

 

Elgün