Heydər Əsədov 1,2 milyon manatın hesabını istəyir

77

 

Dövlət Baytarlıq Xidmətinin rəhbərliyi nə edəcəyini bilmir, pulun hara xərcləndiyi isə məlum deyil

 

Kənd Təsərrüfatı Nazirliyində (KTN) həyata keçirilmiş kadr siyasətindən sonra nazir postuna gətirilən Heydər Əsədov i lk gündən yeni komandasını formalaşdırmağa başladı. Xalq.az xəbər verir ki, müavinləri ilə yollarını ayıran yeni nazir, idarə və xidmət rəhbərlərini də işdən çıxarmışdı. Amma Əsədovun üzləşdiyi əsas problemlər əvvəlki nazirin dönəmində gizli qalan əməliyyatlardır. Çünki böyük məbləğlərin xərcləndiyi sənəd üzərində varsa, alınmalı olan avadanlıqlardan xəbər yoxdur. Əldə edilən xəbərlərdə vurğulanır ki, Heydər Əsədovun izinə düşdüyü əsas məsələlərdən biri də KTN-in yanında Dövlət Baytarlıq Xidmətinin 1,2 milyon manatı nə etməsi ilə bağlıdır.

 

Rəsmi məlumatlara görə, ayrılmış pulla maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədi ilə zəruri olan xüsusi təyinatlı avtomaşınların, avadanlıqların və digər ləvazimatların satın alınmalımış. “Innuendo S.A.” şirkəti tərəfindən həyata keçiriləcək prosesə isə 1 193 623,19 manat vəsait ayrılıbmış. Amma ortada deyilənlərin heç biri yoxdur.

 

Daha doğrusu, həmin maşın və avadanlıqlar var. Amma hamısı ya köhnədir, ya da xeyli istismara məruz qalıb. Məlumatlara görə, Rusiya və bəzi MDB ölkələrindən alınmış həmin vasitələrin bəzilərinin istismar müddəti belə bitibmiş. Amma keçmiş nazir İsmət Abasovun nəzarəti altında həyata keçirilmiş proses ört-basdır edilib. İndi isə Heydər Əsədov bu məsələnin araşdırılması barədə göstəriş verib. Dövlət Baytarlıq Xidmətinin rəhbərliyi isə bu olaya heç bir şəkildə aydınlıq gətirə bilmir.Üstəlik, bunun üçün tutarlı əsaslandırmaları da yoxdur. Xalq.az-a çatan bilgilərə görə, bu məsələ ilə əlaqədar cinayət işi də başlınalı bilər.

 

Bir müddət öncə, Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova  binyavirus xəstəliyi ilə bağlı lazımi tədbirlərin görülməsi ilə bağlı KİV-də açıqlamalar vermişdi, lakin bu gün bu xəstəlikdən fermerlərə nə qədər ziyan dəydiyini və fermerlər təsərrüfatlarında nə qədər mal-qaranın öldüyü məlum deyildir.  Maraqlıdır virus qış aylarında bitdi amma,  yay ayları üçün  hansı hazırlıqlar görülür? Xaricdən gətirilən dərmanlar Azərbaycan gəldimi? Görəsən yenə bölgələrdə baytarlıq xidmətlərin əməkdaşları fermerlərin çağırışlarına pul müqabilində  gedirlər?

 

Araşdırmalarımız davam edir

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq