Heyvanlar haqqında verilişlər belə çəkilir (VİDEO)

BBC telekanalının yeni qısametrajlı filmində prodüser, rejissor və böyük novator Con Dauner texnologiyanın heyvanlar barədə müasir sənədli filmlərinə təsirindən danışıb.

XALQ.AZ-ın məlumatına görə, Con Dauner BBC üçün çoxlu sayda innovativ, mükafatlar qazanmış proqram və texnologiyalar yaradıb.

İlk dəfə olaraq, məhz Dauner hərəkət edən kamera çəkiliş üsulunu tətbiq edib, quşlara yerləşdirilən kameranın köməyilə onların uçuşunu çəkib.

Telekanalın yeni filmində Con “GoPro”-nun yaranmasından sonra operator incəsənətində olan inkişaf barədə, eləcə də dronların, robotlaşdırılmış kameraların və hərəkət sayğacı olan minikameraların isitfadəsindən danışır.