Hicablı basketbolçular oyundan çıxdılar

Hicab

Qətərin qadınlardan ibarət basketbol yığması Asiya oyunlarında iştirak etməkdən imtina ediblər.

XALQ.AZ-ın məlumatına görə, komandanın oyunlardan imtina etməsinin səbəbi hicabla oynamağın qadağan edilməsidir.

“Belə hadisənin baş verməsinə səbəb Qətər komandasına stadiona hicabla çıxmağa icazə verilməməsidir. İslam dini qadınlara örtüksüz gəzməyi qadağan edir. Burada idman da istisna deyil”, – Ölkənin Milli Olimpiya Komitəsi öz açıqlamasında bildirib.

Buna görə Qətər yığmasına Monqolustan ilə oyunda texniki məğlubiyyət verilib. Növbəti oyunda isə Qətər komandasının rəqibi Nepal yığması olacaqdı.

Xatırladaq ki, Asia oyunları hər il Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi, Asiya Olimpiya Komitəsinin birbaşa təşkilatçılığı ilə keçirilir. Bu il Asiya oyunları Cənubi Koreyanın İnçxon şəhərində təşkil edilib.