Hindistanın səfiri Lənkəranda

4 may 2018-ci il tarixdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Hindistan hökumətinin dəstəyi ilə Kalinqa Avtomobil İdman Klubu tərəfindən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi marşrutunun tanıdılması məqsədilə Hindistandan Rusiyaya və geriyə “Hindistan-Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə avtomobil yürüşü” iştirakçılarının qarşılanıb Bakı şəhərinə yola salınması mərasimində iştirak etmək üçün Lənkəran şəhərinə gəlib.

XALQ.AZ xəbər verir ki, səfər proqramına uyğun olaraq səfir Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. Görüş zamanı qonağa rayonun sosial-iqtisadi və mədəni həyatı ilə bağlı məlumat verən İcra başçısı rayonun ərazisindən keçən və Lənkəran şəhərinin də gələcək inkişafı üçün mühüm əhəmiyyəti olacaq şimal-cənub nəqliyyat dəhlisinin tanıdılmasına göstərdiyi təşkilati dəstəyə görə təşəkkürünü bildirib.

Səmimi qəbula görə İcra başçısına minnətdarlığını çatdıran səfir Hindistan-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində regonlarla tanışlığının əhəmiyyətini xüsusi vurğulayaraq Lənkərana səfərlərinin davamlı olacağına əminliyini ifadə edib.

Sonra səfir Lənkəran Dövlət Universitetində olub müəllim və tələbələrlə görüşüb.

Axşam saatlarında səfir Sanjay Rana Xəzər dənizi sahilində yerləşən “Xəzər Palace” İstirahət Mərkəzində rayonun bir qrup ziyalısı ilə görüşəcək.

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir