“Hüquq müstəvisində həll olunmalıdır” Bahar Muradova

 

bahar15mart (1)

“Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı məsələ təkcə azərbaycanlılara qarşı deyil, qonşu ölkənin sərbət toplaşmaq məsələsinə, vətəndaşına olan münasibətidir”. XALQ.AZ-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı addımın məqsədli şəkildə atıldığını hesab etmirəm. Rusiyada Azərbaycanı sevməyən dairələr var. Lakin uzun illər iki ölkə arasında münnasibətlərin inkişaf səviyyəsinə gəlib çıxıması o deməkdir ki, orada bizi sevənlər də çoxdur. Bu, onların politoloqları, siyatçiləri tərəfindən açıq şəkildə də deyilir. Bu addım orada olan bəzi qüvvələrin Azərbaycana qarşı düşmənçilik mövqeyidir”- deyə, B. Muradova bildirib.

Azərbaycanda tolerantlığın hökm sürdüyünü deyən Milli Məclisin sədr müavini söyləyib ki, Azərbaycanda rus dili və mədəniyyətinin inkişafı Rusiyanın xoşuna gəlməsi ilə bağlı deyil: “Azərbaycan tolerant ölkədir və burada yaşayan bütün xalqlara münasibət eynidir.  Bu baxımdan ölkəmizdə rus dili və mədəniyyəti inkişaf etdirilir. Təbii ki, biz də istərdik ki,başqa ölkədə yaşayan azərbaycanılılara belə münasibət göstərilsin.  Bu baxımdan ÜAK-la bağlı məsələ hüquq müstəvisində həll olunmalıdır. Düşünürəm ki, məsələ öz həllini tapacaq. Azərbaycanlı Rusiya vətəndaşlarından tələb olunur ki, onlar buraxdığı nöqsanları aradan qaldırsınlar və birliyə həmrəyliyə, dostluğa vahid mövqedən çıxış etməyə söykənərək məsələnin həllində vasitəçi olsunlar. ÜAK-ın burada mövqeyi əsasdır. Məsələ yaxın zamanda həllini tapacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.