Hüseynbala Mirələmovun yeni kitabı çapdan çıxdı-Fotolar

 

hus

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun yeni kitabı çap edilib.

Çağdaş Azərbaycan ədəbiyyatının zəngin nümayəndəsi, yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “VƏSİYYƏT” pyesi çapdan çıхıb.

XALQ.AZ məlumat verir ki,Hüseynbala Mirələmovun qələmə aldığı “VƏSİYYƏT” pyesi “Elm və təhsil” nəşriyyatında dərc edilmişdir. Nəfis tərtibatda dərc edilən “VƏSİYYƏT” pyesi  qara komediya janrında yazılmışdır.  Pyes zəngin,  müasir  ailədə baş verən hadisələri nəql edir.Sevgi, xəyanət,qohumluq,və dostluq  münasibətlərinin yaşam tərzinin əks etdirən iki pərdəli pyesdə, müəllif qohumların  pul üstündə ölümlə nəticələn biğanəliyını nümayış etdirir.

1

Kitabın  redaktoru filologiya üzrə elmlər doktoru Nadir Məmmədli, Rəyçi isə tanınmış jurnalist İlqar Rüstəmovdur.

Qeyd edək ki,”VƏSİYYƏT” pyesi yazıçı-dramaturq Hüseynbala Mirələmovun son illər  “Heydər Əliyev”, “İlham Əliyev: tərcümeyi-hal davam edir”, “Zərifə Əliyeva”, “Missiya”  publisistik,  “Yanan qar”, “Cəza”, “Gəlinlik paltarı”, “40-cı qapı”, “Sonuncu fateh” nəsr və “Xəcalət”, “Gəncə qapıları” dram əsərləri kimidə oxunaqlı olacaq.

Sonda bildirir ki, “VƏSİYYƏT”   tamaşasının  Akademik Milli Dram Teatrında premyerası keçirilib.

 

2