Hüseyn “Maşın” şoudan getdi? VİDEO

“Maşın” realiti-şouda daha bir müzakirələrə səbəb olacaq hadisə baş verib.

XALQ.AZ  xəbər verir ki,  aparıcı, xalq artisti Murad Dadaşov ötən gün baş vermiş bir məsələyə aydınlıq gətirib.

O, dünən İlhamə Bədəlovaya qalib gələn Hüseyn Əzizoğlunu yanına çağırıb və bir video nümayiş etdirib. Həmin videoya əsasən bir çox saytlar ötən gün Hüseynin səhvən əlini maşından götürdüyünü yazıblar.

Murad isə izləyicilərin və media işçilərinin yanlışlığa yol verdiyini bildirərək, görüntülərin daha aydın göstərilməsini xahiş edib. Məlum olub ki, bloqqer bir əlini maşına qoyduqdan sonra digəri ilə maşın üzərində alqış edib.

Hüseyn yenidən maşın ətrafına qayıdıb və oyununa davam edib.

 

 

Orxan