Hüsnü Mübarək azadlığa cıxır

husnu mubarek

Misir məhkəməsi üzərindən bəzi ittihamlar götürülən keçmiş prezident Hüsnü Mübarəkin azad olunması haqda qərar qəbul edib.

Xalq.az-ın APA-ya  istinadən verdiyi xəbərə görə, məhkəmə H. Mübarəki həbsdə saxlamaq üçün ciddi əsaslar görməyib. Onun günün sonuna qədər azadlığa buraxılacağı bildirilir. Sabiq dövlət başçısının vəkili isə H. Mübərəkin avqustun 22-də həbsxanadan çıxa biləcəyini deyib.

Xatırladaq ki, H. Mübarək 2011-ci il fevralın 11-də 18 günlük çoxsaylı etiraz aksiyalarından sonra istefa verib. O, iki ildən çoxdur həbsdədir. 2012-ci il iyunun 2-də məhkəmə onu nümayişçilərin ölümündə günahkar bilərək ömürlük həbsə məhkum etsə də, bu hökm sonradan ali instansiya tərəfindən ləğv edilib. H. Mübarək və oğulları haqda korrupsiya ittihamları da var.