İbrahim Alışov: “Yeni sğorta növlərinin tətbiqi nəzərdə tutulur”

“Strateji Yol Xəritələrində mövcud sığorta növlərinin inkişaf etdirilməsi ilə yanaşıı Azərbaycanda yeni sğorta növlərinin tətbiqi nəzərdə tutulur”.

XALQ.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov deyib.

Onun sözlərinə görə, artıq qarşıya qoyulmuş hədəflərlə bağlı prioritet istiqamətlər müəyyən edilib: “4 prioritet istiqamət var ki, bunlar da Azərbaycan üçün yeni olan sığorta növləri – mikrosığorta, müştərək sığorta, icbari tibbi sığorta və kənd təsərrüfatı sığortası ilə bağlıdır. Bu istiqamətdə Palata bazarın diaqnostikasını aparıb və ayrı-ayrı seqmentlər üzrə müvafiq addımlar atır. Xüsusilə, Azərbaycan iqtisadiyyatı, o cümlədən qeyri-neft sektorunun inkişafında önəmli yer tutan kənd təsərrüfatı sığortasına dair iş aparılır. Bu yaxınlarda aqrar sığortanın geniş ictimaiyyətə təqdimatı həyata keçirilib. Eyni zamanda bu sığorta növünün qanunvericilik bazası hazırlanaraq hökumətə təqdim edilib. Düşünürük ki, həyata keçirilən ardıcıl tədbirlər sığorta sekforunun inkişafına təsir edəcək və bu sektorda yığımların artmasına səbəb olacaq”.

 

 

Orxan