İclasda əlavə daha bir məsələyə baxılacaq

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının bu gün keçirilən sonuncu plenar iclasının gündəliyinə daha bir qanuna dəyişiklik layihəsi əlavə edilib.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

O bildirib ki, gündəliyə 40 məsələ daxildir: “Əlavə edilən bir məsələ “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsidir”.

 

Orxan