İcra başçısı anarxiyaya son qoyulmasını tələb etdi

36

 

Gəncə Dövlət Universitetindən redaksiyaya növbəti müraciət göndərilib.Həmin müraciəti olduğu kimi təqdim edirik.

 

 

Hörmətli redaksiya, saytınızda Gəncə Dövlət Universiteti ilə baglı gedən tənqidi material böyük əks səda verdi.Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivinin universitetdəki özbaşınalıqlarla baglı, surəti möhtərəm Prezidentə göndərilmiş müraciətindən sonra, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev də məsələyə münasibət bildirdi.Belə ki, Elmar Vəliyevin yarımillik hesabat yıgıncagında sərt tənqid olunacaqlarını bilən rektor Yusif Yusifov, prorektor Asif Cavadov iclasa gəlmədi.Məlumat üçün qeyd edək ki, icra hakimiyyətində işləyən yaxınları tərəfindən  GDU rəhbərliyi Elmar Vəliyevin sərt tənqidi ilə üzləşəcəkləri barədə əvvəlcədən məlumatlandırılmışdılar.Yığıncaqda Elmar Vəliyev üzünü GDU-nun tədris işləri üzrə  prorektoru Fəxrəddin Məmmədova tutaraq dedi:

” Mən başa düşə bilmirəm ki, GDU-da bu özbaşınalıqlar nə vaxta qədər davam edəcək?Yusif müəllim keçmiş rektor Yadigar Əliyevin atasına rəhmət oxutdurur.Mən  saytlarda gedən yazını oxumuşam, bunlar hamısı həqiqətdir, orada yalan yazılmayıb.Bu biabırçılıqları aradan qaldırmağı tələb edirəm.Mən Asif Cavadovun prorektor təyin olunmasının əleyhinəydim.Bilirdim ki ,Asif Cavadov tutduğu vəzifəyə yaraşmayan əməllərinə görə vəzifədən qovulmuşdu.Onun bu vəzifəyə layiq olmadıgına baxmayaraq, Yusif müəllim nədənsə  xahiş edib,nazirə  onu bu vəzifəyə təyin etdirdi.İndi isə həm rektordan, həm də universitetin digər rəhbər şəxslərindən böyük narazılıqlar var.Fəxrəddin müəllim ,Sən  orada mənim görən gözümsən .Mən tələb edirəm ki, bu anarxiyaya son qoyasız”.

Hörmətli redaksiya, hal-hazırda universitet rəhbərliyi tərəfindən tələbələrin adından müxtəlif saytlara rəhbərliyi müdafiə edən, saytlardakı yazılanları təkzib edən saxta “zəhmətkeş məktubları” təşkil etdirilir.Rəhbərlik nöqsanları aradan qaldırmaq əvəzinə universitetdəki korrupsiya faktları ilə baglı müraciət edən professor- müəllim və tələbələrin ovuna çıxıb, bu müraciətdə şübhələndikləri şəxsləri  sorğu-sual edib onlara təzyiq göstərir .Artıq universitetin professor-müəllim heyətinin, tələbələrinin müraciətləri, GDU-da baş verən korrupsiya faktları ANS televiziyasının  “Şəbəkə” verilişində də geniş işıqlandırılıb.Lakin buna baxmayaraq, nə Təhsil Nazirliyi, nə də universitet rəhbərliyi tərəfindən heç bir tədbir görülməyib.Bizə gün kimi aydındır ki, təhsildən xəbəri olmayan Təhsil Nazirliyi bu barədə heç bir tədbir görəsi deyil ,çünki  Mikayıl Cabbarov və onun əhatəsinə yığdığı  işçilərin təhsil sisteminə bələdçiliyi olmadığından  təhsilin daha səmərəli idarə olunmasına hardan və nədən başlanmasını belə bilmir.Nazirlik  yalnız öz qohum və tanışlarını tutduğu vəzifəyə uyğun olmasından asılı olmayaraq müxtəlif yerlərə təyin etməklə məşğuldur.

Gəncə Dövlət Universitetinin  tələbəsinin öz facebook səhifəsində  ANS  televiziyasının “Şəbəkə” verilişinin bu barədə xəbərinə yazdığı şərhi qrammatik səhvlərə belə toxunmadan  olduğu kimi təqdim edirik :

Elsen Qehremanov. Salam. men özüm Gence Dövlet Universitetinde kurskomam. burdakı adım soyadım şertidir. real profil deyil bu. tesevvür edin indi ele bir hala getiribler tamam iyrenc formaya. mene irad tuta bilersiz ki ele düz adamsan öz adınla yaz . ama çox incidirler. universitetden neçe defe çağırıblar bele şeylere gore. teze rektor gelennen iyrenc veziyyetdedi uni. 5 manata 1 günlük derse gelmeme kimi teklifler de var artıq. görün indi ne gündeyik. 1-2 fakülte dekanı var ki hele insanlığını itirmiyib oxuyanlara kömeydi. ama geride qalanlar da qansızdı. gözümün qarşısında oxuyan uşaqdan bütün imtahannarın pulunu aldılar. ele bir problemler atdılar ki usaqın qabagına yazıg mecbur verdi ki qiymeti asagı olmasın. qırmızı qırmızı da dekan dedi ki pulu vermesen qiymetin aldığın olmuyacaq aşağı olacaq. 70-80 manat her fakültede deyil. stabil 50 manatdı imtahan qiymeti. praktika 100. ola biler ki hansısa dekan çox gelir üçün fakültesinde yuxarı qiymeti yaysın . ama qiymetler budu. evvelce de pul var idi. ama bele iyrenc deyildi. universitet artiq başkesennerin elinde qalıb.”

18 İyul, saat 11:36

        Məlumunuz edirik ki, bu şərh oradakı çoxsaylı şərhlərdən yalnız biridir. Biz bir daha bildiririk ki, universitetdəki rüşvət yığımı dekanlar-Asif  Cavadov-rektor üçbucağında həll olunur.Yığılmış rüşvət və pul verən tələbələrin tam siyahısı Asif Cavadovun otağındakı pəncərənin qarşısında olan dəmir seyfin içərisində saxlanılır.İmtahanlardan yıgılan pullar, vəzifələrə təyin olunan şəxslərin verdiyi rüşvət, maddi avadanlıq və inventarların alınması zamanı əldə olunan pullar   bunların gözünü deyəsən doydura bilmir.Rektorun əmri ilə tərbiyə işləri üzrə prorektor (???)  Asif Cavadovun rəhbərliyi altında tədris-köməkçi heyətinin attestasiyasını keçirməyi  planlaşdırırlar.Bu attestasiyalar isə təlimatda nəzərdə tutulan vaxtlarda yox, çox tez-tez keçirilir və rüşvət yığılmasından başqa bir şey deyil.Bunların tamahı o qədər güclüdür ki,laborantların 150-200 manat maaşına da göz tikirlər.Vaxtı ilə ümummilli liderimizin əleyhinə olan, 39 saylı Gəncə şəhər Kəpəz seçki dairəsində işləyən zaman ulu öndər Heydər Əliyevin əleyhinə təbliğat  aparan Asif Cavadov  Müsavat Partiyasının Gəncə şəhər şöbəsinin sədri Cahangir Əmirovun oğlunun Kəpəz restoranında keçirilən toy məclisində iştirak edən İsa Qəmbər, Rauf Arifoğlu, Arif Hacılı və digər müxalifət liderləri ilə” Bəy havası” rəqsi oynayaraq “Azərbaycanın gələcək Prezidenti Sizsiz İsa bəy.Siz Azərbaycanın ən layiqli oğlusuz, sizinlə qürur duyuram” deyə tostlar deyirdi.Asif Cavadov indi Yusif Yusibovun rüşvət mexanizminə başçılıq edir,vaxtı ilə müxtəlif  müxalifət partiyalarına çox sədaqətlə xidmət edən şəxslərin universitetdə rəhbər vəzifələrə təyin olunmasıYusif Yusibovun  siyasi baxışlarına da aydınlıq gətirir.Öz maskasını dəfələrlə dəyişən,vəzifəsindən rüşvətxorluğuna görə qovulan  Asif Cavadov tələbələrə necə siyasi- tərbiyəvi baxışlar aşılaya bilər?Hörmətli redaksiya, əgər lazım gələrsə, həmin toyun videokasetini və Asif Cavadovun oradakı möhtəşəm  siyasi çıxışlarını   Sizə təqdim etməyə hazırıq.

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq