İcra başçısı güllələnən an, mühafizəçi-Fotolar

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd zamanı güllələnən mühafizəçi Qasım Aşbazovun fotosu yayılıb.
XALQ.AZ criminal.az-a isitinadən xəbər verir ki, Q.Aşbazov polis əməkdaşı olub.
Ağır güllə yarası alan E.Vəliyev bu vertolyotla Bakıya göndərilib.
Hadisə dünən saat 20:00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin önündə yerləşən mərkəzi meydanda baş verib. Meydandakı pilləkəndə Yunis Səfərov və hələlik adı məlum olmayan qırmızı köynəkli şəxs icra başçısına hücum edib.